Nazirlik Zəfər muzeyi ilə bağlı vətəndaşlara müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik Zəfər muzeyi ilə bağlı vətəndaşlara müraciət etdi

Sosial

18 Yanvar 2021 17:14 730


Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı Mədəniyyət Nazirliyi vətəndaşlara müraciət edib.

Yenisabah.az xəbər verir ki, Nazirlik vətəndaşları Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırıb.

“Fondun təşkil edilməsi məqsədilə Vətən müharibəsində iştirak etmiş hərbçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən işğaldan azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət nümunələri, xəritələr, gerblər və digər əşyaları olan vətəndaşlardan bu gündən etibarən həmin nümunələri, pandemiya ilə əlaqədar tətbiq olunan sanitar-epidemioloji və karantin qaydalarına riayət etməklə, Azərbaycan İstiqlal Muzeyinə təhvil verməsini xahiş edirik”, - deyə müraciətdə bildirilir.  pizza mizza

Ünvan: Azərbaycan İstiqlal Muzeyi. Bakı şəhəri, Muzey Mərkəzi, Neftçilər Prospekti 123a. Əlaqələndirici şəxs: Aida Axundova (012) 498-83-51, (050) 546-33-32.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!