Binəqədi rayonu, keçmiş trolleybus parkının ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə nazirlikdən Yenisabah.az-a daxil olan məlumatda bildirilib.
Məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən keçmiş trolleybus parkının ərazisində ağac kəsintisi faktının qeydə alınmadığı və ağacların normal bioloji inkişafda olduğu məlum olub. Ərazidəki ağaclar nəzarətə götürülüb. Dördpendirli pizza
Xatırladaq ki, mətbuatda parkın ərazisinin işbazlar tərəfindən zəbt edildiyi ilə bağlı məlumatlar yer almışdı.
Telegram kanalımız