Nazirlikdən məktəblərin bağlanacağı iddialarına - CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən məktəblərin bağlanacağı iddialarına - CAVAB

Sosial

02 Noyabr 2021 16:10 1253


“Məktəblərin noyabr ayında bağlanacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”.

Yenisabah.az xəbər verir ki, bunu ARB telekanalının “Diqqət efir” verilişində Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. 

O bildirib ki, məktəblərdə koronavirusa yoluxma ilə bağlı təşviş yaradacaq hal yoxdur: pizza hut

“Yoluxma halları şagirdlərin ümumi sayının 1 faizini təşkil edir, hətta 0,5 faizin altındadır. Yaydığımız məlumatlarda da qeyd olunub ki, yaxın həftələrdə təhsil müəssisələrinin qapadılması ilə bağlı heç bir qərar yoxdur. Əgər belə bir qərar olarsa, Təhsil Nazirliyinin informasiya resursları kifayət qədər operativdir”.

Yoluxma hallarının daha çox yuxarı sinif şagirdləri arasında olduğunu qeyd edən C.Valehov bildirib ki, distant təhsilə keçid olarsa, təhsil müəssisələri buna hazırlıqlıdır:

“Pandemiya problemlərlə yanaşı, yeni imkanlar da yaratdı. Fors-major hallara ötən ilə nisbətən indi daha hazırlıqlıyıq. Çünki artıq müəyyən qədər təcrübəmiz var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!