Nazirlikdən milyonluq tenderlər...

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən milyonluq tenderlər...

İqtisadiyyat

21 Oktyabr 2026 09:49 90


Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi Publik Hüquqi Şəxsi informasiya texnologiyaları və şəbəkə təhlükəsizliyi ilə bağlı yeni işlər həyata keçirir. 

“Yeni Sabah” xəbər verir ki, mərkəz ilk olaraq “İnformasiya və şəbəkə təhlükəsizliyinin təmin edilməsi məqsədilə veb tətbiqlərin mühafizəsi, yük balanslaşdırılması avadanlıqları və lisenziyaları”nın satın alınmasını həyata keçirir.

Bu satınalma üzrə ayrılan məbləğin ümumi maliyyə dəyəri 4 667 144,26 manat təşkil edir. pizza mizza

Digər satınalma isə “Mövcud Fortinet, ManageEngine lisenziya müddətlərinin uzadılması və yeni şəbəkə kommutatorları (switch)”nın alınması ilə bağlıdır. Bu müqavilənin maliyyə dəyəri isə 1 054 449,18 manat olaraq müəyyənləşib.

Qeyd edək ki, satınalmaların ümumi məbləği 5,72 milyon manatdan çoxdur.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!