Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri -   SİYAHIDA KİMLƏR VAR?

saytların hazırlanması

Evə çatdırılma

Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?

Sosial

24 Yanvar 2025 15:44 2465


Xəbər verdiyimiz kimi, tanınmış kosmetoloq və Laser Beauty Estetik Klinikasının baş həkimi Rəna Soltanovanın adı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssislərinə qarşı müqavimət göstərməsi ilə bağlı qalmaqalda hallanır. Bu hadisə geniş ictimai maraq doğurmaqla yanaşı, tibbi xidmətlərin şəffaflığı və peşəkarlığı məsələsini yenidən gündəmə gətirib.

Qeyd edək ki, Rəna Soltanova təkcə sıravi vətəndaşlara deyil, həm də bir sıra tanınmış simalara estetik prosedurlar həyata keçirən mütəxəssisdir. Onun müştəriləri arasında Azərbaycan şou-biznesinin məşhur nümayəndələri də yer alır.

Belə ki, Rəna Soltanova illərdir müğənni Könül Kərimovanın, aparıcı Çinarə Əliyevanın, Əməkdar artist Mehriban Xanlarovanın və tanınmış jurnalist Xoşqədəm Hidayətqızının, aktrisa Pərvin Abıyevanın həkimi kimi tanınır. Bu məşhurlar onun peşəkarlığından olduqca məmnun olduqlarını bildirirlər. Sosial media platformalarında tez-tez həkimin həyata keçirdiyi prosedurlardan məmnuniyyətlə bəhs edir, nəticələri paylaşaraq müsbət rəylərini ifadə edirlər. Sezar pizza

Rəna Soltanovanın adı hallanan qalmaqalın onun peşə fəaliyyətinə necə təsir edəcəyi hələlik bəlli deyil. Bununla belə, onun həm sadə vətəndaşlar, həm də məşhurlar arasında qazandığı etibarın hansı istiqamətdə inkişaf edəcəyi maraq doğurur. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ilə bağlı araşdırmaların nəticələri də bu məsələyə aydınlıq gətirəcək. Təfərrüatlarla bağlı xəbər yayımlandıqca oxucularımıza əlavə məlumat təqdim edəcəyik.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!