Nazirliyin yeni vəzifələri müəyyənləşdi - Fərman

saytların hazırlanması

Evə çatdırılma

Nazirliyin yeni vəzifələri müəyyənləşdi - Fərman

Rəsmi

03 Avqust 2026 14:20 116


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni vəzifələri müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini “Dənizçilik” və “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemlərinin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, bu informasiya sistemlərinin “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə sistemlərin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir. Sezar pizza

Eyni zamanda “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemində formalaşdırılan məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən Müdafiə Nazirliyinin müvafiq informasiya sisteminə ötürülməsini təmin etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!