Nazpəri Dostəliyeva bacısından danışdı: “Yaşayacağına zəmanət vermirlər”

saytların hazırlanması

Evə çatdırılma

Nazpəri Dostəliyeva bacısından danışdı: “Yaşayacağına zəmanət vermirlər”

Şou

02 Fevral 2023 08:55 1080


Bir neçə gündür xəstəxanaya yerləşdirilən Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın vəziyyəti ağırlaşıb.

Yenisabah.az xəbər verir ki, Xalq artisti Lent.az-a açıqlamasında bildirib ki, bacısı hazırda reanimasiyadadır və vəziyyəti ağır olaraq qalır:

"Az əvvəl xəstəxanadan gəlirəm. Bacımın vəziyyəti ağır olaraq qalır. Həkimlər müalicə edirlər və hələlik yaşayacağına heç bir zəmanət verə bilmirlər. Sadəcə qanında virus yayıldığı üçün qanı qatlaşıb, ürək damarında tromb əmələ gəlib. Hazırda qaraciyər və böyrək tranplantasiyasına ehtiyacı var və bir-iki günə hər şey dəqiqləşəcək. Allah köməyimiz olsun”.  Sezar pizza

Qeyd edək ki, Zeynəb Dostəliyeva daha öncə böyəryindən müalicə alırdı. Lakin ötən həftə qripə yoluxduğuna görə vəziyyəti ağırlaşıb. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!