Nazpəri Dostəliyeva niyə güclü qadınları istəmir?

saytların hazırlanması

Evə çatdırılma

Nazpəri Dostəliyeva niyə güclü qadınları istəmir?

Şou

13 Avqust 2026 17:32 198


Nazpəri Dostəliyeva keçdiyi çətinliklərdən danışıb.

“Yeni Sabah” xəbər verir ki, Xalq artisti “Günə uğurla” verilişində həyatının filmə sığmayacaq qədər hadisələrlə zəngin olduğunu bildirib:

“Həyatım bir filmə sığmaz. Allahımdan verilən hər şeyi qəbul edib, şükür etmişəm. Allah mənə elə bir səs verib ki… Böyük sevgi yaşayıram, məni sevənlərimin sevgisi əhatə edib. Sevənlərim olmasaydı, cismim gəzirdi, amma mən yox idim”. Dominos pizza

N.Dostəliyeva qadınların hər zaman güclü olmaq məcburiyyətində qalmasını istəmir:

“Qadınları güclü görmək istəmirəm. Güclü qadının cəfası çox olur. Qadınlar xoşbəxt olmalıdır, nəvaziş görməlidir. İnsan çətin günlər yaşayanda bir az da güclənir, hər şeyi bacarır. Qadınlar güclü olmasın, onları sevgi əhatə etsin”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!