Nazpəri Dostəliyeva oğlunun ölümündən danışdı:   “Quş kimi uçub getdi“

saytların hazırlanması

Evə çatdırılma

Nazpəri Dostəliyeva oğlunun ölümündən danışdı: “Quş kimi uçub getdi“

Şou

22 Mart 2021 21:46 3465


"Oğlum, valideynlərimin və qardaşımın dəfn olunduğu Qobustan qəbirstanlığında torpağa tapşırılacaq".

Yenisabah.az xəbər verir ki, bu sözləri news24.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib.

Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün ani olduğunu bildirdi: "Oğlum quş kimi yanımdan ucub getdi. Xalasıyla, mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı". pizza sifarişi

"Elə bil, cənnət quşu idi... Deməli, həyatıma bu da yazılıbmış"..."- deyən sənətçi göz yaşlarını saxlaya bilmədi.

Qeyd edək ki, xalq artistinin oğlu bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!