Nazpəri nəvəsi üçün göz yaşı tökdü - Video

saytların hazırlanması

Evə çatdırılma

Nazpəri nəvəsi üçün göz yaşı tökdü - Video

Şou

10 Sentyabr 2024 14:54 577


Xalq artisti Nazpəri Dostəliyevanın vəfat edən oğlu Əlinin övladı Tamerlan ilk dəfə efirə çıxıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, müğənninin nəvəsi bu gün “Rəngarəng” verilişində yer alıb.

Xalq artisti fiziki qüsurlu Tamerlanın proqramda qonaq olması haqda bunları söyləyib: Dördpendirli pizza

“Bu, mənim sirrimdir. Ürəyimin ən zəif nöqtəsidir, həmişə məni narahat edən məqamdır. Dünyadan köçsəm, Tamerlanım üçün gözüm arxada qalar. Mən övladımdan heç vaxt utanmamışam. Hara bacarmışam, bütün həkimlərə müraciət etmişəm. Tamerlan anadan gəlmə qüsurludur.

Bu gün də fəxr edirəm ki, Əli balamın Tamerlanı var. Bilirəm ki, övladım nə vaxtsa gəzəcək, ayaqda olacaq, onun üçün yaşayıram. Bəzən əli qələm tutmayanlar mənim üçün nəsə yaza bilərlər. Elə insanlar var ki, mən toylara, mərasimlərə gedəndə qınayıblar. Məni qınamayın. Məni Allah sevib, övladım, Xalqım sevib. Bu həyatı yaşayıramsa, məni Allah sevib.

Mən Əli balamın övladını yaşadıram. Səhv başa düşməyin. Tamerlanımı hər kəsə göstərirəm, heç də utanmıram. O, mənim balamın balasıdır, övladımdır. Nə qədər ömrüm var, o, yaşayacq. On altı ildir onu müalicə etdirirəm. Heç kimə ehtiyac mənası ilə efirə çıxarmamışam. Bu gün sadəcə bir şey deyəcəm ki, o, qüsurlu da olsa, mənim fəxrimdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!