Şamxal Hüseyn oğlu Hüseynov 1988-ci ilin oktyabr ayının 28-də Biləsuvar rayonunun Çaylı kəndində sadə bir ailədə dünyaya gəlib. Ailənin dörd övladından, iki qardaşdan biridir. 1995-2006-cı illərdə Əlimərdan Hüseynov adına Çaylı kənd 1 saylı orta məktəbdə oxuyub. Orta məktəbi bitirdikdən bir müddət sonra, 2007-ci ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.
2008-ci ilin mart ayının 15-də Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində Gizirlik kursuna daxil olub və 9 aydan, Gizirlik kursunu bitirdikdən sonra təyinatla Naxçıvan Muxtar Respublikasına (NMR) göndərilib. Bir neçə il NMR-də hərbçi-Gizir kimi xidmət etdikdən sonra 2015-ci ilin yanvar aylnın 10-da Füzuli rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissəyə göndərilib, orada tank komandiri kimi fəaliyyətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib-Lələtəpə istiqamətində.
Eyni zamanda, bir peşəkar hərbçi, bir Vətən sevdalısı kimi 44 günlük Vətən Müharibəsinə qatılıb və və döyüşlərin ilk günündə, sentyabrın 27-də, günorta, təxminən saat 3 radələrində Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində ağır yaralanıb, axşam saat 6-7-cən döyüş meydanında yaralı vəziyyətdə qalıb. Pepperoni pizza
Üzü, bədəni yanıb, gözündən qəlpə yarası alıb. Sonra onu döyüş meydanından çıxararaq, təcili xəstəxanaya, oradan isə Bakı şəhərində yerləşən Hərbi Hospitala göndəriblər. Həmçinin, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanası və 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə-müayinə olunub. Hərbi Hospitalda iki dəfə gözündən əməliyyat olunub. Sonra səhhəti ilə bağlı ona 3-cü qrup əlillik təyin olunub, Ordudan təxris edilib.
Müharibədən öncə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” və “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1919-2018)” yubiley medalları, müharibədən sonra isə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb. Şamxalın digər qardaşı da hərbçidir, 2016-cı ildən Azərbaycan Ordusunda xidmət edir. 35 yaşlı Şamxal həm də ailəli, iki övlad-bir qız və bir oğlan atasıdır.
Şamxal hazırda da heç bir yerdə işləmir, işlə təmin olunmayıb. Həmçinin, özünün, ailəsinin şəxsi evi-mənzili yoxdur, valideynləri ilə bir yerdə yaşayır. Eyni zamanda, ev-mənzil tikmək üçün torpaq sahəsi də verilməyib. Onun çox ciddi şəkildə həm işə, həm də şəxsi evə-mənzilə ehtiyacı var.
Qazimiz isə çıxış yolu kimi təklif irəli sürür ki, Biləsuvrada olmasa belə, yaxın rayonlardan birində qazilər, şəhid ailələri üçün çoxmərtəbli bina tikilsin və həm Şəhid ailəri, həm də Qazilər orada mənzillə təmin olunsun…
“Bu təklifimi bir neçə dəfə səsləndirmişəm. İnanıram ki, nəzərə alıb problemi həll edəcəklər. Həmçinin qazilərin böyük əksəriyyəti işləmək, ölkəmizin gücünə güc qatmaq istəyir. İnşallah, bu arzumuz da gerçək olar".
A.Zeynalov
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.
Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Telegram kanalımız