30 Sentyabr - 01:47
“Nə qədər ki, məmurlar özlərindən başqa heç kəsi düşünməyəcək...” – Nura etiraz etdi

“Nə qədər ki, məmurlar özlərindən başqa heç kəsi düşünməyəcək...” – Nura etiraz etdi

Sosial

01 Avqust 2022 15:03 1731


“Adam yazmaq istəmir hər problemi, sanki yalnız problemlərdən yazıram kimi qələmə verirlər məni. Nə qədər iş görsəm də, yaxşıları unutmasam da, xeyri yoxdur. Bir problemdən yazan kimi, başlayırlar Nura aqressivdir, yox müxalifətçidir, min cür söz danışırlar. Amma yazmasam, sussam olmur”. 

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə müğənni Nura Suri çıxış edib. O, bildirib ki, yaşadığı binanın problemləri bitmir. Hər il yay aylarında günlərlə susuz, işıqsız, il boyu qazsız qalırlar:

“Binanın yiyəsi vəzifəli şəxslərin qohumudur, yəni məmurların. Heç kəs onlara söz deyə bilmir. Hamı çəkinir. İndiyə kimi bizim məhəllənin problemlərini mən söhbət edə-edə, arada qışqıra-qışqıra həll etmişəm. Bütün qonşular bunu bilir. 

Neçə gündür suyu kəsiblər. Su idarəsi deyir ki, bizlik deyil, binanın çənində problemlər var onlar həll etməlidir. 

Deyirəm ki, axı mən su pulunu dövlətə ödəyirəm necə yəni sizin problem deyil. Deyir komendantla danışın. Sağ olsun bütün qonşular ağızlarına su alıb oturublar, elə bil burada məndən başqa yaşayan yoxdur. 

Nə qədər ki, məmurların bəziləri özlərindən başqa heç kəsi düşünməyəcəklər, millətin probleminə biganə qalacaqlar, bizim problemlər heç vaxt həllini tapmayacaq.

Yazdığım statuslara görə bir çox qurum tədbirlərə dəvət etməyə çəkinir. Halbuki sənətə gələndən bütün dövlət tədbirlərində təmənnasız oxumuşam.

Eybi yox, qoy mənə ziyan olsun, amma susmaq mümkün deyil”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!