Nə üçün yeni qatarların çoxu “Dərnəgül“ istiqamətindədir?

saytların hazırlanması

Evə çatdırılma

Nə üçün yeni qatarların çoxu “Dərnəgül“ istiqamətindədir?

Sosial

10 Noyabr 2023 23:14 843


İnsanların ən çox istifadə etdiyi nəqliyyat vasitələrindən biri metrodur. "Həzi Aslanov"- "Dərnəgül" və "Həzi Aslanov"- "İçərişəhər" istiqamətində hərəkət edən qatarların əksəriyyəti yeni alınmış qatarlardır. 

 Ancaq apardığımız müşahidələr göstərir ki, yeni qatarlardan daha çox "Həzi Aslanov"-"Dərnəgül" istiqamətində istifadə olunur, digər istiqamətdə yeni qatarlara nadir hallarda rast gəlinir. 

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AZXEBER.COM-a açıqlamasında bunun səbəbini belə izah edib: Pepperoni pizza

"Ümumilikdə 23 yeni qatar var ki, onlardan yalnız 3-ü "İçərişəhər" istiqamətində hərəkət edir. Buna səbəb bütün yeni qatarların Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər eyni yolu getməsidir.

Nəzərə alsaq ki, metropoliten sərnişənlərinin böyük əksəriyyəti "Dərnəgül" istiqamətində gedir və eyni zamanda müəyyən texniki parametrlər var ki, buna görə də qatarların 20-si məhz "Dərnəgül" istiqamətində hərəkət edir. Yalnız 3 yeni qatar "İçərişəhər" istiqamətində hərəkət edir. 

"28 May"-"Sahil"-"İçərişəhər" istiqamətində sərnişin axını və sərnişin sayı xüsusi öyrənilərək yeni qatarların hərəkət istiqaməti müəyyən olunub".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!