Nəbatət Bağında ağacların sayı azaldılacaq?  - RƏSMİ AÇIQLAMA

Nəbatət Bağında ağacların sayı azaldılacaq? - RƏSMİ AÇIQLAMA

Digər

24 Yanvar 2023 20:27 451


Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Mərkəzi Nəbatət Bağı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar paylaşılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, ağacların sayının azaldılması ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir, əksinə orada mövcud olan yaşıllığın qorunub saxlanılması ilə yanaşı, ölkə başçısının tapşırıqlarına uyğun olaraq ərazidə sökülən çoxsaylı qanunsuz tikintilərin yerində yeni ağacların əkilməsi nəzərdə tutulub.

“Yeni qurulacaq bağa dair yayılan şəkillər isə ayrı-ayrı müəlliflər tərəfindən ilkin olaraq təqdim olunan və təsdiq olunmayan bir çox layihələrdən biridir”, - deyə məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!