"Yay düşərgələrini təşkil edən, təəssüf ki, dövlət deyil, özəl müəssisələrdir. Buna görə də ailə büdcələrində onu nəzərə alınmasından zərrə qədər də söhbət gedə bilməz. Çünki istənilən halda qiymətlər əhali üçün ideal, yəni əlçatan deyil”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib.
O, məktəblilərin yay tətilinə çıxması fonunda şagirdlər üçün yay düşərgələrinin təşkil olunması məsələsinə toxunub. pizza hut
Ekspert Elm və Təhsil Nazirliyinin problemin həllində böyük rolu olacağını bildirib:
“Təbii ki, Azərbaycanda bu prosesi dövlət yox, özəl şirkətlər həyata keçirir. Səbəb maliyyə problemləridir.
Ölkədə 4.440-dan çox orta ümumtəhsil məktəbləri var. Onların hər biri yay düşərgələri üçün bir fond yarada və valideynlərin könüllü ianəsi hesabına şagirdlərin yay düşərgələrinə göndərilməsi təmin oluna bilər.
Əlbəttə, demirik ki, bütün təhsil müəssisələri bu işə cəlb olunsun. Onsuz da rayon məktəblərində buna ehtiyac yoxdur”.
Təhsil eksperti əlavə edib ki, yaxın zamanlarda işğaldan azad edilmiş ərazilərdə də yay düşərgələri qurula bilər:
“Hazırda Qarabağda minalarla bağlı təhlükəli vəziyyət var. Ərazinin təmizlənməsi üçün kifayət qədər zamana ehtiyac duyulur. Bəlkə, gələcəkdə ola bilsin, 5 və ya 6 il sonra, məsələn, Şuşa şəhəri, yaxud da Kəlbəcər istiqamətində düşərgələr təşkil etmək mümükün olsun”.
Gülxanım ƏLİYEVA
Telegram kanalımız