Milli Məclis 16 yaşınadək şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə yeni cəzaları I oxunuşda qəbul edib.
Yenisabah.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin iclasında müzakirəyə çıxarılır. Layihəyə əsasən, Məcəllənin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə dəyişiklik təklif olunur.
Dəyişikliklə 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. pizza
Məcəllənin hazırkı variantı isə belədir: "16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Digər dəyişikliklə isə Məcəlləyə yeni bəndlər əlavə olunur. Yeni bəndə əsasən, Məcəllənin 152.2 və ya 152.3-cü maddələrində göstərilən əməllər təkrar törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Dəyişiklik layihəsi l oxunuşda qəbul edilib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Respublika Uşaq Təşkilatının sədri, sabiq deputat Gülər Əhmədova bildirib ki, azyaşlılara qarşı seksual davranışlar Milli Məclis tərəfindən sərt qanunlarla tərtib olunsa da, bu cəzaları yumşaq hesab edir:
“Buna səbəb dünya praktikası: Almaniya, ABŞ, Ukrayna və Rusiyada bu cür qanunların daha sərt formada həyata keçirilməsidir. Azərbaycanda bu gün bir çox sosial problemlərin ardında dayanan məsələ azyaşlıların, əsasən qızlarımızın tez ailə qurması dayanır. Onlar erkən yaşlarda ailə qurur, bir müddət keçdikdən sonra uşaq sahibi olurlar. Müəyyən yaşa dolduqda isə onların həyata qarşı baxış tərzi dəyişir.
Bundan sonra bir çox hallarda ailələr dağılır. Nəticədə orta təhsili, peşəsi olmayan qadınlar yanında uşaqlarla birgə Azərbaycanın bəzi sosial verilişlərinə üz tuturlar. Bunlar bu şansdan istifadə edib o verilişə gəlirlər. Bir çox adamlar bundan məhrum qalır. Neçə-neçə qadın övladlarını atıb, qaçır gedir. Bunların başında dayanan problem azyaşlılara qarşı seksual hərəkətlərin nümayiş etdirilməsidir.
Bu, Azərbaycan xalqının ən başlıca problemidir. Nəticədə bu hərəkət millətimizdə sosial yetimlərin çoxalmasın gətirib çıxarır. Dövlətin yükü isə olduqca artır. Hesab edirəm ki, seksual hərəkətlərə nəticə olaraq cəza tədbirlərinin 6-10 il aralığında olması olduqca az müddətdir. Burda daha çox Avropa dövlətlərinin təcrübəsindən cəza tədbirlərindən istifadə etmək lazımdır. Bu problem Azərbaycanda çox geniş surətdə işıqlandırılmalıdır.
Polşa və Ukraynada bu tip məsələlər geniş surətdə işıqlandırılır. Daha sonra isə ölkənin Ədliyyə Nazirliyinin səhifəsində yerləşdirilir. Onların şəkilləri, təvəllüdləri, yaşadıqları ərazilər həmin saytda dərc olunur. Eyni zamanda o şəxslərin seksual hərəkətlərin azaldan cərrahi əməliyyat həyata keçirilir.
ABŞ-ın 14 ştatında seksual hərəkətlər nümayiş etdirən insanlara məktəb avtobuslarının dayanacağında, uşaq bağçalarının yanında və uşaqların oynadığı meydançalarda olmaq qəti qadağandır.
Rusiya təcrübəsinə əsasən demək istərdim ki, bu cür insanlar barəsində ömürlük həbs cəzası müəyyən edilir. Məhkəmə psixiatrik ekspertiziyanın verdiyi arayış əsasında həyata keçirilir”.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız