Neft Daşlarında dalğanın hündürlüyü 3,2 metrə çatıb - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Neft Daşlarında dalğanın hündürlüyü 3,2 metrə çatıb - FAKTİKİ HAVA

Sosial

07 İyun 2023 16:24 560


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, iyunun 7-si saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Qusar, Mingəçevir, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Göygöl, Balakən, Şahdağ, Qrızda duman müşahidə olunub.

Qax rayonundan keçən Kürmükçayda gecədən başlayan sel hazırda davam edir. pizza sifarişi

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu hazırda Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvan MR-da 27-29, dağlıq rayonlarda 12-14, Aran rayonlarında 20-25 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək istidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!