Neftimizin qiyməti 70-dən aşağı düşdü

saytların hazırlanması

Evə çatdırılma

Neftimizin qiyməti 70-dən aşağı düşdü

İqtisadiyyat

01 Oktyabr 2025 09:42 375


Dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 0,79 ABŞ dolları, yaxud 1,12 % azalaraq 69,86 ABŞ dolları təşkil edib.

Yenisabah.az xəbər verir ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!