Müğənni Lətifə Soyüöz ailəsindən qalan mirası yaşatmaq qərarına gəlib. Sənətçi nənəsinin vaxtilə şəhərin mərkəzində məşhur şəxslərin üz tutduğu restoranının olduğunu açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, Lətifə Soyüöz bu barədə “Sevilən səhər” verilişində danışıb. Müğənni nənəsinin dövrünün ilk işgüzar qadınlarından biri olduğunu bildirib:
“Nənəm zamanının ilk biznes xanımlarından olub. Şəhərin mərkəzində elit və ulduzların axın etdiyi restoranı olub”. pizza
Lətifə Soyüöz nənəsinin yolunu davam etdirmək qərarına gəldiyini və özü də restoran açdığını söyləyib.
“Çox elit məkan açmışam. Fransız mətbəxi təqdim olunan butik restorandır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız