Nənəsinin başına oyun açdı – Həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Nənəsinin başına oyun açdı – Həbs olundu

Şou

21 Yanvar 2020 05:24 1403


Bir müddət model kimi fəaliyyət göstərən Emili Evans - Şrayber xəstə nənəsinin pulunu külli miqdarda oğurlayıb.

“Yeni Sabah” xəbər verir ki, 38 yaşlı model 2018-ci ildə nənəsinin qayğısına qalmaq üçün onun evinə köçüb. 

O, rəsmi sənədlərlə yaşlı qadının maliyyə vəsaitlərinə nəzarət etmək hüququ qazanıb. 2018-ci il ərzində aprel ayından ilin sonuna qədər o nənəsinin hesabından öz hesabına 40 dəfə pul göndərib.  Pepperoni pizza

Anası 38 yaşlı qadının işsiz olduğu halda necə lüks həyat yaşadığını anlamayıb və polisə bu barədə xəbər verib. Araşdırmalar nəticəsində keçmiş modelin nənəsindən 230 min funt- sterlinq (təxmini 500 min manat) pul oğurladığı məlum olub. O, 2 illik həbs cəzasına məhkum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!