Nərə balığı satışına qarşı əməliyyatlar keçirildi -   Video

saytların hazırlanması

Evə çatdırılma

Nərə balığı satışına qarşı əməliyyatlar keçirildi - Video

Sosial

20 Fevral 2023 11:39 868


Su polisləri və ETSN-nin əməkdaşları ilə birgə körpə nərə cinsli balıqları qanunsuz ovlayan şəxslərə qarşı uğurlu tədbirlərini davam etdirir.

Yenisabah.az xəbər verir ki, Sumqayıt, Siyəzən, Şabran və Xudat şəhərlərində qanunsuz ovlanmış körpə nərə cinsli balıqların satıldığı müəyyən edilib.

Bakı-Siyəzən-Quba avtomagistralının kənarındakı ərazidə nəzarət-profilaktik qaydada yoxlama aparılan zaman sanitariya və gigiyena qaydalarına əməl olunmadan satılan balıqların süni yolla yaradılan kiçik gölməçələrdə üfunətli suda ölü balıqlarla birgə saxlanıldığı müəyyən edilib.  pizza mizza

Araşdırma zamanı Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli balıqların icazələri və kvotaları olmadan tutulub satılmasını təşkil edənlərin Əbülfəz Mirzəyev, Vüqar Əsgərov, Həkim Məsimov, Ramil Ağamalıyev, Yaqub Dadaşov, Elvin Həsənov, Kamal Ədilov və Rasim Məhərrəmov olduğu müəyyən edilib. Bu şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Həmçinin, “8-ci kilometr” bazarında da sanitar qaydalara əməl olunmadan, eləcə də körpə nərə cinsli balıqların satıldığı müəyyən edilib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!