Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar
15 Avq 2020 11:55
241

Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulmuş tələblərin və  verilən tapşırıqların icrası ilə bağlı Nərimanov rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən keçirilən reydlər gücləndirilib.

Yenisabah.az xəbər verir ki, 15 avqust 2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin rayon İdarəsinin, Bələdiyyənin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, fəal gənclər və könüllülərin  daxil olduğu mobil qrupların üzvləri tərəfindən keçirilən növbəti reydlər zamanı marketlərdə, bazarlarda, apteklərdə və digər ictimai-iaşə obyektlərində onların qarşıya qoyulmuş tələb ilə fəaliyyət göstərməsi yoxlanılmış, xidməti heyəti ilə maarifləndirici söhbətlər aparılmış və pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunmuşdur. Fəaliyyətinə icazə erilmiş obyektlərin girişlərində sakinlərin həraətinin yoxlanılması üçün avadanlıqlar və xüsusi dezinfaksiyaedici məhlulların mövcüd olması, işçi heyətinin tibbi maskadan istifadəsi  yoxlanılıb.

Online fəaliyyət göstərən kafe və restoranların yerində xidmət göstərməmələri və sanitar qaydalara riayət etmələri yoxlanılaraq müvafiq tövsiyələr və xəbərdarlıqlar edilib. O cümlədən reydlər zamanı karantin rejimində fəaliyyət qaydalarını pozduqları üçün rayon ərazisində fəaliyyət göstərən “Yaşıl Bazar” 3.000 azn,”Merbi” geyim mağazası 200 azn, “Lady” gözəllik salonu 200 azn, fiziki şəxs R.Nurullayevaya məxsus geyim mağazası 200 azn və qanunsuz küçə ticarəti ilə məşğul olan bir neçə fiziki şəxs müvafiq orqanlar tərəfindən inzibati qaydada cərimələnib.

Nərimanov rayonu ərazisində  koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını alınması məqsədilə dezinfeksiya işləri də davam etdirilir. Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki parklar, dayanacaqlar, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin dezinfeksiyası işləri gücləndirilmiş rejimdə davam etdirilir.

Bütün bu işlərə paralel olaraq karantin rejiminin yumşaldılmasından sonra fəaliyyətinə icazə verilmiş sahələr tərəfindən qanunla qadağan olunan yerlərdə küçə ticarətinin aparılmaması məqsədilə müvafiq strukturların əməkdaşları ilə birgə profilaktik reydlər də davam etdirilir. Həmçinin reyd zamanı obyektlərin antisanitariya qaydalarına riayət etmələri də yoxlanılaraq nəzarətə götürülür. Şəhərin ümumi görkəmini pozan obyektlərə yol verdikləri nöqsanları tezliklə aradan qaldırmaq tapşırığı verilir və buna ciddi nəzarət edilir. 

O cümlədən gündəlik olaraq koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş lakin evdə müalicə alan rayon sakinləri ilə mütəmadi rabitə əlaqəsi yaradılaraq yaşadıqları mənzili tərk etməmləri ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilir.

Mobil qruplar tərəfindən bundan sonra da fəaliyyətinə icazə verilmiş obyektlərdə reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdiriləcək.

 

Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar
Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar
Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər