Nərimanovda Vətən müharibəsi iştirakçıları və qaziləri ilə növbəti görüş keçirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda Vətən müharibəsi iştirakçıları və qaziləri ilə növbəti görüş keçirildi - Foto

Sosial

03 Aprel 2021 14:33 837


Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları daim Nərimanov Rayon İcra Hakimiyyətinin nəzər və diqqətindədir. Rayon İcra Hakimiyyətinin başçısı, müavinləri, Rayon Bələdiyyəsinin sədri, İcra Hakimiyyətinin əməkdaşları və rayon gəncləri tərəfindən şəhid ailələrinə, qazilərə mütəmadi baş çəkilir, qayğıları öyrənilir, onların həlli üçün lazımi tədbirlər görülür.

Yenisabah.az xəbər verir ki, bu barədə İcra Hakimiyyətindən Yenisabah.az-a verilən məlumatda deyilir.

Qeyd olunub ki, Vətən Müharibəsinin iştirakçıları və qaziləri ilə növbəti görüş Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin iştirakı ilə 3 aprel 2021-ci il tarixdə Rayon İcra Hakimiyyətində karantin qaydalarına tam riayət edilməklə keçirilib. Görüşün keçirilməsində məqsəd Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsində iştirak edən qazi və ordudan təxris olunmuş gənclərimizlə mütəmadi keçirilən görüşləri davam etdirmək, göstərdikləri şücaətlərin əsl qəhrəmanlıq olduğunu diqqətə çatdırmaq və onlara dövlət qayğısını göstərməkdən ibarət olub. Görüşdə qazilərin və Müharibə iştirakçılarının qayğıları dinlənilmiş, onların həlli üçün göstərişlər verilib. Dominos pizza

Həmçinin, Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə söhbət açılıb, 30 illik işğala və həsrətə son qoyulduğu bildirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın Vətən Müharibəsi iştirakçılarına və şəhid ailələrinə göstərdiyi qayğı və dəstək xüsusi vurğulanıb. Şəhid ailələri və müharibə iştirakçıları bu diqqətə görə minnətdarlıqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!