Nərimanovun bu hissəsində səki abadlaşdırıldı   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovun bu hissəsində səki abadlaşdırıldı - FOTOLAR

Sosial

20 Oktyabr 2026 22:48 103


“31 yanvar 2024-cü ildə 1009290 nömrəli müraciətlə Nərimanov rayonu, Təbriz küçəsi 186, Metroparkın yaxınlığında piyadaların rahat hərəkəti üçün səkinin genişləndirilməsi məsələsini qaldırmışdım. 20 oktyabr 2026-cı il tarixinə həmin ərazidə köşkün yeri dəyişdirilib, səki abadlaşdırılıb”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə tanınmış ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, piyadaların təhlükəsizliyi, rahat hərəkəti və ictimai məkanlardan maneəsiz istifadəsi də nəqliyyat siyasətinin əsas prioritetlərindən olmalıdır:

“Hazırda “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsində daha genişmiqyaslı işlər görülür. Nərimanov parkı, Bakı Konqres Mərkəzi və “Nərimanov” metro stansiyası ətrafında səkilərin genişləndirilməsi, təhlükəsiz piyada keçidlərinin təşkili, yaşıllıq zonalarının və bufer zolaqlarının yaradılması nəzərdə tutulur. Dominos pizza

Bu nümunə göstərir ki, şəhər mühitinin yaxşılaşdırılması yalnız avtomobillərin hərəkətini təşkil etmək deyil. Piyadaların təhlükəsizliyi, rahat hərəkəti və ictimai məkanlardan maneəsiz istifadəsi də nəqliyyat siyasətinin əsas prioritetlərindən olmalıdır”.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!