“Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər” -  SENSASİON İDDİA
08 İyl 2020 17:01
466

“Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər” - SENSASİON İDDİA

Tovuzun Dondar Quşçu kəndində qətlə yetirilən Nərmin Quliyevanın ölümü ətrafında söz-söhbət bitmir.

Yenisabah.az xəbər verir ki, 10 yaşlı qızı qətlə yetirməkdə ittiham olunan və hazıra həbsdə olan İlkin Süleymanovun ailə üzvləri mətbuata sensassion müsahibə verib.

İlkinin əmisi iddia edib ki, qətlə yetirilən Nərmin Quliyeva 4 aylıq hamilə olub.

Qətl də məhz bu hamiləliyi gizlətmək üçün törədilib. O, iddia edib ki, qətli törədən İlkin yox, tamamilə başqa şəxslər olub.

İlkin Süleymanzadənin ailə üzvləri iddia edib ki, qız qətlə yetirilən zaman ərazidə kibrit dənələri və meyitdə əl izləri olub. Amma həmin dəlillər sonradan itirilib.

Daha sonra iddia olunub ki, tapılan meyit Nərminə aid olmayıb.

“Tapılan meyitin saçlarında bir neçə rəng var idi. Bu sual doğurur. Nərminin saçında bir neçə rəng olmayıb. Biz tələb edirik ki, meyit qəbirdən çıxarılsın və təkrar ekspertiziya olsun”./Oxu24/

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər