Nərminin öldürülməsində Xoşqədəmi günahlandırdılar - “Verilişi efirdən yığışdırılsın!”
09 Yan 2020 14:33
24402

Nərminin öldürülməsində Xoşqədəmi günahlandırdılar - “Verilişi efirdən yığışdırılsın!”

Təhsil eksperti Elçin Əfəndi 10 yaşlı Nərminin yandırılmasında teleaparıcı Xoşqədəm Hidayətqızını günahlandırıb.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə fikirlərini sosial şəbəkədə bölüşüb:

"Nərminin öldürülməsində Xoşqədəm Hidayətqızı da günahkardır. İndi ağlayıb maskalanmaq lazım deyil. Əgər efirə çıxarılmasaydı, bu mövzu ilə birbaşa hüquq-mühafizə orqanları məşğul olsaydı, daha doğru olardı. Amma Xoşqədəm hər gün efirdən bu mövzunu işıqlandırıb özünə reytinq yığırdı. Xoşqədəm axırda da deyir, mən bilirdim ki, Nərmin həyatda deyil, amma yenə də ümid edirdim. Sual yaranır: Haradan bilirdin? Axı istintaq deyir ki, mərhum 5 gün əvvələdək sağ imiş. Efirlərdən bu və bu kimi verilişlər yığışdırılmalıdır".

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Prezident təqaüdçüsü Emil Rasimoğlu da oxşar fikirlər səsləndirib:

“Düşünürəm ki, efirlərdən cəmiyyət hadisələrinin araşdırılmasını əks etdirən verlişlər birbaşa olaraq bağlanmalıdır! Biz suveren ölkədə yaşayırıq və bu kimi məsələlərlə məşğul olan güc nazirliklərimiz, bu məsələlərə dair aidiyatı orqanlarımız var. Aidiyyatı orqanlar qalıb bir kənara, telekanalların qapısı olub məhkəmə, polis qapısı. Üç-beş hüquqşünası, eksperti başına yığıb jurnalistlər efirlərdə hakimlik, müstəntiqlik edir!”

 

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər