Nərminin qohumlarından açıqlama: “Mənim 40 yaşım var...”
10 Yan 2020 09:29
27880

Nərminin qohumlarından açıqlama: “Mənim 40 yaşım var...”

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qatilinin qohumu olması və saxlanılması barədə yayılan məlumatlar doğru deyil.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında Nərmin Quliyevanın əmisi Lətif Quliyev məlumat verib. O bildirib ki, nə qohumlarından, nə də digər şəxslərdən heç kim saxlanılmayıb. 

Mərhumun dayısı da açıqlamasında yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, bu gün mətbuatda Nərmin Quliyevanın qatilinin saxlanılması və onun Nərminin yaxın qohumlarından biri olduğu barədə məlumat yayılıb.

Xəbərlərdə iddia olunur ki, Nərmin Quliyevanın qatili onun qohumu - 36 yaşlı İlkin adlı şəxsdir. Mərhumun ailəsindən verilən məlumata görə, onun qohumu olan və yaxınlıqda yaşayan İlkin adlı şəxs Nərminin anasının bibisi oğludur. Həmin şəxs isə  açıqlamasında bunları deyib: “Nərminin İlkin adlı yeganə qohumu mənəm və 40 yaşım var. Nərmin mənim dayımın nəvəsidir. Mən də ailəli şəxsəm. Həbs edilməyim barədə yayılan məlumatlar əsassızdır”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər