Netanyahunun əsas rəqibi namizəd olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Netanyahunun əsas rəqibi namizəd olmayacaq

Dünya

20 Oktyabr 2026 09:06 64


İsrailin keçmiş müdafiə naziri və "Mavi və Ağ" ("Blue and White") partiyasının sədri Benni Qants oktyabrın 27-nə təyin edilmiş parlament seçkilərində iştirak etməyəcəyini bəyan edib.

“Yeni Sabah” xəbər verir ki, siyasətçinin bu gözlənilməz gedişi ilə partiyasının da seçki yarışındakı iştirakına rəsmən son qoyulub.

Qants verdiyi açıqlamada mübarizəsini fərqli müstəvidə davam etdirəcəyini vurğulayıb: Toyuqlu pizza

"Mən qarşıdan gələn seçkilərdə namizəd olmayacağam. Birlik uğrunda mübarizəmi davam etdirəcəyəm."

Rəy sorğularında "Mavi və Ağ" partiyasının seçki həddini keçməkdə çətinlik çəkməsi və müxalifət düşərgəsində səslərin parçalanması riski bu qərarın verilməsində əsas amil kimi göstərilir. Qantsın seçki yarışından kənarlaşması İsraildə səsverməyə sayılı günlər qalmış siyasi balansı və müxalifət blokundakı dinamikanı əhəmiyyətli dərəcədə dəyişib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!