Netanyahunun ofisi atəşkəs xəbərini təkzib etdi

saytların hazırlanması

Evə çatdırılma

Netanyahunun ofisi atəşkəs xəbərini təkzib etdi

Dünya

16 Oktyabr 2023 11:42 350


İsrail hökuməti Qəzza zolağına humanitar yardımın buraxılması üçün atəşkəs tətbiq etmədiklərini bildirib.

Yenisabah.az Times of Israel-ə istinadla xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

“Hazırda Qəzza zolağına humanitar yardımların çatdırılmasına və ya əcnəbilərin ölkəni tərk etməsinə icazə verən atəşkəs yoxdur”, - deyə məlumatda vurğulanıb. Dominos pizza

Bundan əvvəl Misirdəki mənbələrə istinadla xəbər verilmişdi ki, İsrail Misir və ABŞ ilə razılaşma çərçivəsində yerli vaxtla 9:00-dan 14:00-a qədər atəşkəsə razılaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!