Ciddi əməliyyatlar öz icrasından çox-çox əvvəl, hansısa bir köhnə ssenarinin düz növbəti ildönümü günü reallaşır adətən.
2023-cü ildə Hamasın İsrailə zərbəsi də yubiley nişanəsiydi.
Düz 50 il əvvəl, 1973-cü ildə, eyni gündə rəsmi Ərəb dövlətləri İsrailə eyni coğrafi, topoqrafik nöqtələrdən atəş açmışdılar. Sezar pizza
Fərqlər məzmunda yox, icraçıların kadr heyəti tərkibindədir.
O vaxt, yəni 1973- də antiisrail ittifaqı rəsmi Ərəb dövlətlərindən ibarətdirsə, 2023-də bu qüvvələr rəsmi yox, proksi tərkibliydilər.
Rəsmi deyildilər.
Hücumun arxasında bu dəfə SSRİ yox, Fransadır.
Xatırladıram 1943-cü ildə Suriya, Livan kimi ölkələri Yaxın Şərqdə yaradan xarici qüvvə vişist, yəni faşist Fransasıydı.
Yəni bu ölkələri o coğrafiyada faşist Almaniyasının müttəfiqi vişist Fransası yaratmışdı.
Bu, 1948-ci ildə orda yaranacaq İsrailə qarşı bir futuristik layihə idi.
Faşist Almaniyası bu məxfi əməliyyatını o vaxt öz əliylə yox, müttəfiqi Patenin əliylə reallaşdırmışdı.
Sonralar bu qondarma ölkələrin kurasiyası, Fransa sağçılarının əlindən alınaraq verilir solçulara, yəni Fransua Mitteran dəstəsinə.
O da layihənin kurasiyasını müvəqqəti olaraq, erməni, marunu kilsələrınin təkidi ilə SSRİ-yə etibar edir.
Bir müddət beləcənə davam edir.
Yalnız 2000-ci illərdə, Hizbullah-İsrail qarşıdurmasından sonra Fransa sülhməramlıları öz köhnə layihələrinə redaktələr edirlər.
Məruni, erməni icmaları, ASALA yaraqlıları arxa plana atılır.
Fransa, şiə proksilərinə İranla müştərək sahiblik etməyə başlayır.
Fransa, qarantı olur 2006-cı ildə bağlanmış atəşkəsin. Bölgəyə öz hərbi sülhməramlılarını yerləşdirir.
Məshur öz "Frenchelon" dinləmə sistemini İran proksiləri, Hizbullah ilə bölüşməyə start verir.
KİÇİK HAŞİYƏ: Bu tarixdən başlayaraq İsrail-Livan-İran, sonralar (2020-ci ildən sonra) Ermənistan dördbucağında İsrail və Fransa dinləmə sistemləri arasında amansız rəqabət, hətta savaş start götürür. Bölgədəki real geopolitik konfiqurasiya tezliklə Cənubi Qafqazı da əhatələyir.
Sonrakı bütün İsrail-Fransa qarşıdurmasında bu dinləmə, şifrələmə sistemi mövzusu əsas abzas olacaq.
Qayıdaq günümüzə.
2023-cü il Həmas hücumundan dərhal sonra Fransannın bir saylı "La Fiqaro" qəzetində isti-isti çap edilən "İsrailin alınmaz qala statusu sual altında?" məqaləsı birbaşa Benyamin Netanyahuya imicinə, karyerasına amansız zərbəydi.
Benyamin Netanyahunun əks zərbəsi düz bir il vaxt istəyir qoca Yaxın Şərq tarixindən.
Sözü burda verək " Anadolu" xəbər ajansının mikrafonuna:
"Dünyanın önde gelen deniz savunma fuarı Euronaval, Fransa'nın başkenti Paris'te açıldı. Roket ve füze sistemleri geliştiren bir çok ileri teknoloji firması ürünleri bu fuarda sergiledi. ( Anadolu Ajansı 4 noyabr 2024).
Xəbərin ancaq əvvəlki, bir ay öncəki anonsu isə daha da maraqlıydı: "Fransa hökuməti, paytaxt Parisdə keçiriləcək dünyanın ən böyük dəniz silahları sərgisi olan Euronaval-a İsrail şirkətlərinin iştirakını qadağan edib"
İyun ayında Fransada keçirilən "Eurosatory 2024" hərbi sərgisində də İsrail şirkətləri qara siyahıya düşmüşdülər.
İsrail, həmin sərgilərdə ərəb alıcılarının böyük həcmdə Fransa dinləmə sistemləri almasına bilə-bilə mane olmur.
Sanki icazə verir buna.
Küncdən zərbəni az sonra Parisin qapısına vurur.
Benyamin Netanyahu əks-zərbəsinin xronologiyasını izləyək:
2024- cü illin oktyabında Netanyahu "Le Fiqaro"nun rəqibi "Le Parisien"qəzetinə bir il gecikmış cavab müsahibəsini verir.
Fransa parlamentinin qapalı iclasındakı gizli qərarları şərh edərkən Pandora qutusunu açır nəhayət ki.
Fransa parlamenti Təhlükəsizlik komissiyasının qapalı söhbətlərini ictimailəşdirməklə:
A. Fransa dinləmə sistemi "Frenchelon"un müdafiə kodlarını qırdıqlarını sübut edir.
B. Ərəb kəşfiyyat, əks-kəşfiyyat qurumlarının "Euronaval-2024", "Eurosatory 2024" sərgilərində aldıqları Fransa istehsalı dinləmə sistemlərinin texniki etibarını sıfırlayır.
V. Fransa Aerokosmik sənayesi " SAS"-ın dünya bazarlarındakı səhmlərini ucuzlaşdırır.
Q. İsrail dinləmə, aerokosmik sənayesi ulduzları Elbit Systems, Israel Aerospace IRafael Advanced Defense, Candiru Systems, NSO Group- larının səhmlərini isə qiymətini birə iki artırır.
D. " La Fiqaro" qəzetində 2023- cü ilin oktyabrinda dərc edilmış: "Attaque du Hamas contre Israël: la guerre bouleverse la recomposition du Moyen-Orient
Par Georges Malbrunot ittihamlarını gülünc edir.
E. Məqalə müəllifi Georges Malbrunotdan intiqamını alir.
Ezop diliylə ictimaiyyətə çatdırır ki əgər Le Fiqaro, Fransa dinləmə sistemi "Frenchelon" dan qidalanırsa qidalansın.
İsrail dinləmə, kəşfiyyat məlumatları ilə bu qəzetin rəqibini- " Le Parisen"i məlumatlandıracaq.
P.S. Düzü, "La Fiqaro" qəzetinin adı, məşhur satirik Bomarşenin eyni adlı pyesindən götürülüb.
Əsər qəhrəmanı Fiqaro, dəlləkdi, iki ağanın üzünü eyni vaxtda qırxmağı ilə məşhurdur.
Qəzetin fəlsəfəsi də elə budu.
Həm İsrail Mossadına qulluq edir, həm Fransa kəşfiyyatı DGSE ilə DRM- yə.
Yəni təkcə Le Fiqaro yox, Le Parisien də elə əvvəldən Netanyahuya işləyib həm də...
( ARDI VAR)
Həmid Herisçi
Telegram kanalımız