Qlobal rəqəmsal yayım platforması “Netflix” 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, şirkətin gəliri cari ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 12% artaraq 12,9 milyard dollara çatıb. “Netflix” 2025-ci ilin müvafiq dövründə 11,5 milyard dollar gəlir əldə etmişdi.
Şirkət gəlir artımının əsasən abunəçi sayındakı yüksəliş və qiymət siyasətindəki dəyişikliklər nəticəsində abunəlik gəlirlərinin artmasından qaynaqlandığını bildirib. Eyni zamanda, reklam gəlirlərindəki artım və məzənnə dəyişiklikləri də ümumi göstəricilərə müsbət təsir göstərib. Dördpendirli pizza
Hesabat dövründə “Netflix”in xalis mənfəəti illik müqayisədə təxminən 44% artaraq 3,66 milyard dollara yüksəlib. Ötən ilin eyni rübündə şirkət 2,54 milyard dollar net mənfəət açıqlamışdı. Şirkətin bir səhmə düşən mənfəəti isə 59 sentdən 87 sɛntə çatıb.
“Netflix” dördüncü rübdə gəlirinin 13,4 milyard dollara çatacağını gözlədiyini açıqlayıb. İlin sonuna olan ümumi gəlir proqnozu 51,1 milyard dollar səviyyəsində müəyyənləşdirilib. Bununla belə, şirkət 2026-cı il üçün reklam gəliri gözləntisini 3 milyard dollardan 2,7 milyard dollara endirib.
Telegram kanalımız