"Netflix" "Arnold"un ilk treylerini yayımlayıb.
Yenisabah.az xəbər verir ki, aktyor Arnold Şvartseneggerin həyat və karyerasından bəhs edən 3 seriyalı film iyunun 7-də yayımlanacaq.
"Terminator" ulduzu və Hollivudun ən əfsanəvi nümayəndəsi Avstriyadakı uşaqlıqdan tutduğu yolu, bodibildinq və kinoda atdığı ilk addımlardan siyasi karyerasının qurulmasına qədər (Şvartsenegger 2003-cü ildən 2011-ci ilə qədər Kaliforniya qubernatoru vəzifəsində çalışıb) izləniləcək. pizza hut
Serialın rejissoru Lesli Çilkotdur.
Mayın sonunda "Netflix" Şvartseneggerin baş rolda oynadığı "Fubar" aksiyon filmini də yayımlayacaq.
Telegram kanalımız