Nəticələr elan olundu - 16 nəfər imtahandan qovulub

saytların hazırlanması

Evə çatdırılma

Nəticələr elan olundu - 16 nəfər imtahandan qovulub

Sosial

17 İyul 2026 16:49 172


II və III ixtisas qrupları üzrə 5 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsi elan edilib.

"Yeni Sabah" xəbər verir ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 41623 abituriyentdən (II qrup üzrə 18908 nəfər, III qrup üzrə 22715 nəfər) 1182 nəfər (II qrup üzrə 649 nəfər, III qrup üzrə 533 nəfər) imtahanda iştirak etməyib.

16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Pepperoni pizza

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan Laçın rayon Oğuz tam orta məktəbinin məzunu İsbəndiyarlı Paşa Araz oğlu göstərib. O, imtahanın birinci mərhələsində 277.3 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Sumqayıt şəhəri 35 saylı orta məktəbin məzunu Kərimov Zamin Ramin oğludur. O, imtahanın birinci mərhələsində 297.5, ikinci mərhələsində isə 392.5 bal toplayıb.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 3 nəfər – Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Məmmədzadə Əli Musa oğlu, Şəmkir rayonu Kür qəsəbə orta məktəbinin məzunu Məmmədova Aydan İxtiyar qızı, Abşeron rayonu Saray qəsəbə 1 saylı orta məktəbin məzunu Mənsimli Orxan Zaur oğlu göstərib. Məmmədova Aydan İxtiyar qızı imtahanın birinci mərhələsində 279.6, Mənsimli Orxan Zaur oğlu 276.1 bal toplayıb. Məmmədzadə Əli Musa oğlu isə hər iki mərhələnin cəminə görə 689.6 bal toplamaqla III ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 289.6 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!