Martın 5-də və 12-də keçirilmiş qəbul imtahanlarının nəticələrini yeni metodika ilə qiymətləndirəcəyi iddiası var. Bir çoxları bunu imtahanların çətinliyi ilə əlaqələndirirlər. Dövlət İmtahan Mərkəzi (DİM) belə bir güzəştə gedəcəkmi?
Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi belə bir qərarın olmadığını deyib:
“Martın 5-də və 12-də keçirilmiş imtahanlarının nəticələri əvvəlki qiymətləndirmə qaydası ilə keçiriləcək. Yeni qiymətləndirmə haqqında DİM ictimaiyyətə məlumat verilməyib. Toyuqlu pizza
Keçirilmiş imtahanın nəticələri artıq emal prosesindədir. Yaxın 10 gündə nəticələr açıqlanacaq. Abituriyentin narazılığa olarsa, DİM-in apellyasiya komissiyasına müraciət göndərə bilər.
İmtahanların çətin olması ilə bağlı yeni bir metodun tətbiq olunması doğru düzgün yanaşma deyil. Bunun üçün əvvəldən apellyasiya komissiyasına müraciət edilməli idi. Amma hazırda nəticələr barədə ilkin informasiya olmadığı üçün qəti şəkildə nəsə demək mümkün deyil”.
Pünhan HƏSƏNOVA
Telegram kanalımız