Nəzakət Teymurovanın konsertində yaşananlar - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Nəzakət Teymurovanın konsertində yaşananlar - Fotolar

Şou

21 May 2025 12:48 398


Xalq artisti Nəzakət Teymurovanın “Qal, sənə qurban” adlı solo konserti baş tutub.

Yenisabah.az xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən milli musiqimizin saf duyğulu incilərinə və muğam sənətinə həsr olunan bu gecə dinləyicilərə unudulmaz sənət anları yaşadıb. Tədbir iki hissədən ibarət olub. Hər iki hissədə Teymurova bir-birindən gözəl muğamlar səsləndirib.

Gecə boyunca xanəndəni Xalq artisti Fərhad Bədəlbəylinin rəhbəri olduğu Bakı Kamera Orkestri, Əməkdar artist Əliağa Sədiyevin bədii rəhbəri olduğu “Xarı Bülbül” muğam qrupu və baş dirijor, Əməkdar artist Fuad İbrahimov müşayiət edib.  pizza mizza

Tamaşaçılar arasında Azərbaycan ədəbiyyatının və sənət aləminin tanınmış simaları — Xalq şairi Ramiz Rövşən, professor Rafiq Əliyev, Xalq artisti Aygün Bayramova, Əməkdar artist Dilarə Əliyeva, aparıcılar Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyeva yer alıblar. 

Konsertin aparıcısı Leyla Quliyeva olub. Tədbirdə qonaq qiraətçi Xəzər Süleymanlı olub. O, “Qal, sənə qurban” ifası zamanı şeir səsləndirib.

Teymurova səhnədə iki fərqli libasda görünüb. Onun tərzi üzərində tanınmış stilist Elnur Həsənov çalışıb./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!