Əməkdar artist Nicat Kazımov toylarla bağlı narazılığını dilə gətirib.
“Yeni Sabah” xəbər verir ki, aktyor bu barədə “Günə uğurla” verilişində danışıb.
O, toy məclislərində həm aparıcıların, həm də müğənnilərin davranışında müəyyən nöqsanların olduğunu bildirib: Marqarita pizza
“Bəzən toylarda aparıcılar həddindən artıq danışırlar. Bu, maraqsız görünür, bu qədər danışmağa ehtiyac yoxdur. Məclisdə əsas məsələ düzgün seçilmiş mahnılardır. Öz oğlumun toyunda da demişdim ki, qətiyyən bayağı mahnılar səslənməyəcək. Elə buna görə də həmin ifaçıları dəvət etməmişdik”.
N.Kazımov qeyd edib ki, ifa zamanı da ölçü hissini qorumaq vacibdir:
“Ölçünü düzgün tutmaq lazımdır. Bəzən müğənni mahnının elə yerində əlavə boğaz edir ki, buna heç ehtiyac olmur. Mən təşkil etdiyim tədbirlərdə hətta müğənnilərə dirijorluq da edirəm. Əlavə boğaz vurmağa, peşəkarlığı hər yerdə nümayiş etdirməyə ehtiyac yoxdur”.
Aydan Hacı
Telegram kanalımız