“Nifrət qazanmağın özü də uğurdur” - Qohumları belə təzyiq edir....

saytların hazırlanması

Evə çatdırılma

“Nifrət qazanmağın özü də uğurdur” - Qohumları belə təzyiq edir....

Şou

27 Noyabr 2024 14:58 740


“Yaxınlarım, tanışlarım, qohumlarım deyirlər ki, səndən elə acığımız gəlir, elə acığımız gəlir ki…”

Yenisabah.az xəbər verir ki, bu sözləri “Vətəndaş A” serialında mənfi obrazı ilə tamaşaçı nifrəti qazanan tanınmış aktyor Niyaz İlyasoğlu yenicag.az-a açıqlamasında deyib.

“Vətəndaş A” serialı qısa zaman ərzində maraqla baxılır, sevilir ki, bu da peşəkar komandanın böyük uğurudur. Vidadi obrazındayam. İnsanlarda belə bir təəssürat var ki, bu aktyoru mənfi obrazda görmüşük. Görək, indi neyləyəcək? Serialda Vidadi obrazı fərqli bir obrazdır. Eyni zamanda, mənfi bir obrazdır. Çalışmışam, obrazın daxili aləmini aça bilim. Bu obrazdan sonra tamaşaçılar tərəfindən özümə qarşı həm nifrət, həm sevgi hiss edirəm. Hətta öz yaxınlarım, tanışlarım, qohumlarım deyirlər ki, səndən elə acığımız gəlir ki…” pizza sifarişi

“Mənim üçün əsas odur ki, “Yuxu kimi” serialındakı Cövdəti təkrarlamamışam, yeni, fərqli bir obraz yaratmışam. Yazılan mənfi rəyləri də maraqla oxuyuram. Hətta peşəkardan da belə o mənfi reaksiyaları hiss edirəm və bunu normal qarşılayıram. Şərt o deyil ki, müsbət obraz yaradıb seviləsən. Mənfi obrazı peşəkarcasına canlandırıb nifrət qazanmağın özü də bir uğurdur. Mənfi obrazların mahir oyunçusuna çevrilməkdən çəkinmirəm. Hələ finalı da gözləyin, çünki finalda maraqlı hadisələr olacaq”, – sənətçi söyləyib.

Qeyd edək ki, bundan öncə aktyor “Yuxu kimi” serialında yaratdığı mənfi obraz – Cövdət obrazı ilə sosial şəbəkələrdə nifrətlə qarşılanmışdı.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!