Nigar Axundova yüksək vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Nigar Axundova yüksək vəzifəyə təyin olundu

Sosial

29 İyun 2026 13:11 993


Azərbaycanın mərhum səhiyyə naziri Oqtay Şirəliyevin ailəsinə məxsus olan Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişib.

“Yeni Sabah” Ölkə.az-a istinadla bildirir ki, xəstəxananın baş həkimi, tibb elmləri namizədi Könül Xəlilova vəzifəsindən azad olunub.

O, 2016‑cı ildən bu postda çalışırdı. Dördpendirli pizza

Respublika Diaqnostika Mərkəzinə yeni baş həkim də təyin olunub. İmzalanan müvafiq əmrə əsasən, bu vəzifəyə mama-ginekoloq Nigar Axundova gətirilib. O, son təyinatadək Caspian International Hospitalın baş həkimi işləyib. N.Axundova Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertidir.

Xatırladaq ki, “Respublika Diaqnostika Mərkəzi” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Mərkəzə əvvəllər keçmiş səhiyyə naziri Oqtay Şirəliyev rəhbərlik edib. O, 2025-ci il oktyabrın 3-də dünyasını dəyişib. Hazırda mərkəzin baş direktoru Rəşid Vəzirovdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!