Nigar Fərhadın şirkəti fəaliyyətini dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Nigar Fərhadın şirkəti fəaliyyətini dayandırdı

Sosial

21 İyul 2026 12:30 152


Müştərilərin şikayətləri ilə gündəmə gələn “Aid-Group” xaricdə təhsil şirkəti fəaliyyətini müvəqqəti dayandırıb.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı şirkətin rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.

Şirkətdən bildirilib ki, fəaliyyətin dayandırılması müvəqqətidir və iş prosesi bərpa edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək. pizza sifarişi

“Şirkətimiz fəaliyyətinə müvəqqəti ara verib. Fəaliyyətimiz həftə ərzində bərpa olunduqdan sonra bu barədə məlumat verəcəyik. Yaranmış nrahatlığa görə üzr istəyir, anlayışınız üçün təşəkkür edirik”, – deyə paylaşımda qeyd olunub.

“Aid Group” şirkətinin rəhbəri Nigar Fərhaddır. Bir qrup vətəndaş “Aid-Group” xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçidir.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!