Erməni ordusunu məhv edən Nikol Paşinyan işdən azad olmalıdır.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, ordu erməni xalqının ən ağrılı nöqtəsidir:
“Əsgərlərimiz erməni xalqının ürəyi idi. Bu hökumət iqtidara gəldiyi ilk gündən etibarən ordunun nə vəziyyətdə olduğunu açıq şəkildə görürük. Bu hakimiyyət qəhrəmanlarımızı cinayət məsuliyyətinə cəlb etməklə, onları alçaltmaqla erməni xalqının ürəyinə atış açdı, onu yaraladı. Təsəvvür edin ki, kimsə birbaşa ürəyinizi hədəf alır və siz bütün bunları seyr edərək, onu təcrid etməyiniz lazım olduğunu deyirsiniz, amma əməli heç nə etmirsiniz. Erməni xalqının ürəyinə güllə atan şəxs - Nikol hakimiyyətdən uzaqlaşdırılmalıdır. Bunu deyirik və susuruq, amma başqa heç nə edə bilmirik.
Etiraf edək ki, bizdə hazırda birlik yoxdur. Bu talançıların o vaxtı xalqı aldatmaq arzuları asan idi. İndi hədəf ölkəmiz, ordumuz və ürəyimizdir. Bizə lider lazımdır, bizə özünü fəda edən lazımdır, çünki hakimiyyət bir başlı əjdahadan onbaşlı əjdahaya çevrilib.
Əjdaha başlarının sayı günü-gündən artır, onda isə daha da çətin olacaq. Ona görə də ordumuzu xilas etmək lazımdır. Hökumətin hücumlarının hədəfinə çevrilən əsgərimizi xilas etmək lazımdır”.
Telegram kanalımız