“Hökumətyönlü deputatlara məsləhət görürəm ki, Nikol Paşinyan ən azı aprel döyüşlərindən sonra savadlı və konstruktiv sayılmayacaq bir adamı niyə “savadlı və konstruktiv bir insan” adlandırması ilə maraqlansın”.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu avqustun 10 -da parlamentdə "Ermənistan" blokunun deputatı Aram Vardevanyan deyib.
"O, dəli, fanatik ola bilər. Beynəlxalq humanitar hüquq baxımından hətta “cinayətkar” adlandırmaq olar, lakin heç vaxt təhsilli və konstruktiv deyilə bilməzsiz. Məsələn, Milli Təhlükəsizlik Xidmətinə 29-30 yaşlı Ermənistan Respublikası vətəndaşı Argişti Karamyan rəhbər təyin edilərkən Andranik Köçəryan Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri kimi özünü necə hiss edib? Müqayisə edə bilərik: Milli Təhlükəsizlik Xidmətində 29 yaşlı bir director peyda olur, bundan sonra qəfil müharibə başlayır. Əgər bu gözlənilməz olmasaydı, artıq başqa suallar doğurardı".
Telegram kanalımız