Son günlər bir sıra beynəlxalq və yerli KİV-lərdə, eləcə də sosial şəbəkələrdə Ermənistanın baş naziri Nikol Paşinyanın Sünik rayonunun bir hissəsinin Azərbaycana verilməsi və Türkiyə üçün xüsusi sərhəd zonası yaradıldığını elan etməsi ilə bağlı yalan məlumatlar yayılıb.
Yenisabah.az xəbər verir ki, Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan öz "Facebook" səhifəsində rəsmi olaraq bu məlumatları təkzib edib.
O bildirib ki, bu xəbərlər dezinformasiyadır, heç bir faktiki və hüquqi əsası yoxdur: pizza
"Onlar Ermənistan Respublikasına qarşı açılmış hibrid müharibənin bir hissəsidir".
Baqdasaryan vətəndaşları, media qurumlarını və analitik platformaları bu cür dezinformasiya yaymaqdan çəkinməyə, məlumatların düzgünlüyünü yoxlamağa və yalnız rəsmi xəbərlərə əsaslanmağa çağırıb.
Telegram kanalımız