Nişanlandığı deyilən 8-ci sinif şagirdi ilə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Nişanlandığı deyilən 8-ci sinif şagirdi ilə bağlı AÇIQLAMA

Sosial

08 İyun 2021 11:25 1048


Xəbər verdiyimiz ki, Masallıda 8-ci sinif şagirdinin 38 yaşlı kişi ilə nişanlanmasıyla bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Unikal.org-a Masallı rayon Bədəlan kəndi üzrə icra nümayəndəsi Hacırza Nağıyev açıqlama verib. Bildirib ki, nişan baş tutmayıb:

"Sadəcə ailələr tərəfindən buna cəhd edilib. Dünən icra hakimiyyətinin nümayəndələri və polis əməkdaşları ilə birlikdə qızın ailəsinə baş çəkərək onları başa saldıq və nişanın keçirilməsinin qarşısını aldıq. Anası da izahat verdi ki, qızı məktəbi bitirəcək, 18 yaşı tamam olacaq, ondan sonra kiminlə istəsə, onunla evlənəcək. Hələlik o, həddi-buluğa çatmayıb. Qanun da onun nişanlanmasına icazə vermir". pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!