Niyam - “Bunu mənə deyənlər indi ''TikTok”da yemək bişirib satır”

saytların hazırlanması

Evə çatdırılma

Niyam - “Bunu mənə deyənlər indi ''TikTok”da yemək bişirib satır”

Şou

19 İyul 2026 10:55 141


Müğənni Niyam Salami keçmişi ilə bağlı maraqlı etiraflar edib.

''Yeni Sabah'' xəbər verir ki, sənətçi bu barədə "Qapqara" yutub layihəsində danışıb. O, vaxtilə restoranların birində çalışarkən müdirinin ona qarşı sərt münasibətindən söz açıb:

"Çox zəhmli bir kişi var idi, restoranın müdiri idi. Mənə dedi ki, "Bu işdən sənət olmaz. Səni qoyuram mətbəxə, get aşpazlığı öyrən. Pis oldum, gözlərim doldu. Dedim ki, mən oxumaq istəyirəm. Cavab verdi ki, "Get oxu da, bala, saat 8-dən sonra səhnəyə çıxarsan. pizza sifarişi

Mətbəxə girən andan ən çətin, rəqabətli günlərim başladı. Oradan çıxandan sonra rəqabət asandır. Mətbəxi insanın kürəyinə yıxırlar. Bunu heç vaxt danmıram. Amma indi sevinirəm. Vaxtilə hər kəs mənə "Get kartofunu bişir, aşpazlığını et, bu niyə oxuyur?" deyirdi. İndi bunu mənə deyən insanlar TikTok-da yemək bişirib satırlar. İndi mənə ləzzət edir. Mən bunu heç vaxt ayıb bilməmişəm. Bu, böyük bir məktəb, sənətdir"./axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!