Müğənni Niyam Salami restoranında əməliyyat keçirilməsi barədə danışıb.
Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı sosial şəbəkə hesabında bu haqda məlumat verən müğənni keçirilən toydan xəbərsiz olduğunu bildirib:
“Orxan (Orxan Nadirov- red.) adlı administrator var. İnanmıram ki, ona toy keçirəcəkləri barədə məlumat versinlər, mənim isə bundan xəbərim olmasın! Biz bilməmişik, orada gəlin-bəy olmadığı üçün xəbərsiz olmuşuq. Hər kəs ziyafət geyimində gəlib. Stollarda tibbi spirt olub, sosial məsafəyə riayət edilib. Cərimələndim, 5 min manat ödədim. Cərimə yazılan gün pulum yox idi, sonra gedib ödədim. Hüquq-mühafizə orqanlarına təşəkkür edirəm, məni başqa restoran sahiblərindən ayırmadılar”. Dominos pizza
Xatırladaq ki, ifaçının Sumqayıtda yerləşən obyektində toy keçirildiyi ortaya çıxıb və o 5 min manat cərimələnib.
Telegram kanalımız