Niyaməddin Musayev gündəm olan görüntüsündən danışdı: “Mən nə bilim ki, onlar...”

saytların hazırlanması

Evə çatdırılma

Niyaməddin Musayev gündəm olan görüntüsündən danışdı: “Mən nə bilim ki, onlar...”

Şou

05 Yanvar 2025 09:24 4134


Xalq artisti Niyammədin Musayev “İcitmai TV”də qonaq olduğu “Cümə axşamı” verilişindəki görüntüləri ilə gündəmə gəlib. Belə ki, verilişdə Xalq artisti ilə birgə qonaq olan tanınmış müğənnilər Dilarə Kazımova və Nigar Camalın geyimi, onların Niyaməddin Musayevin ətrafında bu geyimdə əyləşmələri müzakirələrə səbəb olub. 

Yenisabah.az xəbər verir ki, tənqid edilən Xalq artisti Niyaməddin Musayev Pravda.az-a bu barədə açıqlama verib. 

O bildirib ki, hər kəsin öz geyim tərzi var: “Əvvəla, məni verilişə “İctimai” televiziya dəvət edib. pizza

“İctimai TV” normal kanaldır. Mən nə bilim ki, onlar nə geyinəcəklər? Verilişdir, dəvət edirlər, gedirəm. Bəzən görürsən ki, ətrafımda elə adamlar olur... Mən deyim ki, verilişə kim gələcək? Belə sual vermək düzgün deyil axı. Nə bilim, gələn adam nə geyinəcək? Bu, onun öz mədəniyyətinə, şəxsiyyətinə baxır. Hər kəsin özünə məxsus geyimi var. Dilarə Kazımova və Nigar Camal çox gözəl ifa etdilər. Qulaq asdım, ifa tərzləri normaldır. Müasir geyinirlər, bu haqda nə deyə bilərəm? Deyim ki, niyə belə geyinirsiniz? Belə şey düzgün deyil. Gərək, insanın özü öz geyimini seçsin”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ilkar
    Bu verilişlərin "yaradıcıları" özləri bu gündədirlər ki, qonaqları da soyunub efirə çıxırlar. Verilişləri hamamda çəksələr daha uyğun olardı.
    1 year ago
  • RAHİM
    HEÇ GÖZLƏMƏZDİK Kİ İTV- də belə çətinliklər olar.
    1 year ago