Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Niyə Elçin Quliyevin olduğu helikopter enəndə qəza etmir?” sualına deputatdan cavab
02 Dek 2021 08:17
80728

“Niyə Elçin Quliyevin olduğu helikopter enəndə qəza etmir?” sualına deputatdan cavab

“Niyə Elçin Quliyevin özünün olduğu helikopter enəndə qəza etmir, bu qədər adamyeyən məmurun birinin  də burnu qanamır, niyə?””Yeni Sabah” xəbər verir ki, bu sualı yazıçı Aysel Əlizadə ünvanlayıb. “Demirəm e, Elçin bəy və ya qeyrisi ölsün, sadəcə, düşünürəm, Allaha sual edə-edə qalmışam...” – A.Əlizadə qeyd edib.

Deputat Fazil Mustafa isə yazıçıya bu mövqenin yanlış olduğunu bildirib: “İstənilən münasibət sual cümləsi ilə də, nida cümləsi ilə də ortaya qoyula bilər. Polkovnik, polkovnik-leytenant yüksək rütbəli şəxslər deyil? Əsgər şəhid olsaydı, yazacaqdınız ki, kasıbın balası öldü? Bu kimi hadisələrə belə münasibət olmaz. Rəy yazan bəzi savadsızlar məsələnin mahiyyətini anlamadan düşüncə qarışıqlığı yarada bilərlər. Ancaq bunu ziyalı kimi tanıdığımız siz etməməlisiniz. Qəza olub, helikopterə minəndə kimdənsə varlı-kasıblıq sertifikatı soruşulmayıb və iki yaralı da dayısı olduğuna görə sağ qalmayıblar. Bu insanlar Qarabağ səmasında da şəhid ola bilərdilər. Orada hansısa general da ola bilərdi. Onda həmin ölümə təsəlli tapılacaqdı? Lütfən, diqqətli olaq!”.


Youtube kanalımız
  • ELŞAD
    ELŞAD
    Hər şey cox bahadır əyər evində iki uşaq varsa böyük sinifdə oxuyan mütləq məllim yanına qoymalısan bu iki uşaqın tək məllim pulusu ayda 600 azn edir qalanın day demirəm yerdə qaldı 1400 azn onuda böl yaxşı yaşamaqcün görüm yaxşı dediyimiz kimi yaşaya biləcəsinizmi cox cətindir gəlirnən rasxod hec uyqun gəlmir
    2 months ago Cavab 0
  • Руслан
    Руслан
    Normal nəyə deyirsən? Maşının olmaması normaldı ya yox? Bağın olmaması normaldı ya yox?
    2 months ago Cavab 0
  • Bakhshiyev Mehdi
    Bakhshiyev Mehdi
    3000 manat ayda gəlir ailə büdcəsinə daxil olsa kifayətdir, əgər ailədə bütün üzvlər sağlamdırsa.
    2 months ago Cavab 0
  • Kənan Nəsirov
    Kənan Nəsirov
    Hər şey od qiymətinədi onun üçün
    2 months ago Cavab 0
  • Aysəm Əsgərov
    Aysəm Əsgərov
    Qiymətlər barədə danışmaq yersizdi. Hər bir Azərbaycan vətəndaşı piştaxtadakı qiymətləri görür və bilir. Kim isə düşünə bilər ki, 2000 çoxdu. Lakin söhbət ac qalmamaqdan getmir. Ailənin mədəni xərcləri, təhsil, inkişaf və s. kimi aspektlər var. Mən inkişaf etmək istəyirəm ammamaddiyatım imkan vermir! Təəsüflənirəm.
    2 months ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər