"Bu gün Milli Məclis doğru bir qərar verdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmamaya görə nəzərdə tutulan sanksiyalar ləğv edilir. Bir neçə il öncə qəbul edilmiş qanuna görə, müəyyən müddətdə valyutanı (öz pulunu ha) xaricdən gətirməyənə 3 ilə qədər iş düşürdü".
"Yeni Sabah" xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz "Facebook" səhifəsində yazıb. O bildirib ki, vaxtilə qəbul edilmiş qanun ciddi çətinliklər yaradırdı:
"Bu qanun qəbul ediləndə ciddi etiraz etdik, yanlış, məntiqsiz olduğunu söylədik, hətta, vətəndaşın mülkiyyət hüquququnun pozulması olduğunu dedik, iqtisadi fəaliyyətə böyük zərbə vuracağını söylədik dinləmədilər. Bu illər ərzində yüzlərlə vətəndaş cərimələndi, həbs edildi, məsuliyyətə cəlb edildilər. pizza
Və nəhayət, indi özləri də anladılar, bu mənasız, yanlış qərar ləğv edilir – yaxşı, bəs onlarla zülm görmüş, cərimə edilmiş, həbs yatmış insanların haqqı nə olacaq?! Niyə hər dəfə, “qulağı kəsib sonra sayırsınız”? Bu qanun o zaman qəbul ediləndə yanlış olduğunu deyirdik axı, niyə dinləmirdiniz?”.
Nazim Hacıyev
Telegram kanalımız