“Niyə kişi hər istədiyini edəndə fahişə olmur?!” - Nura

saytların hazırlanması

Evə çatdırılma

“Niyə kişi hər istədiyini edəndə fahişə olmur?!” - Nura

Şou

04 Mart 2023 10:05 765


“Qadınlara qarşı bu münasibət nə vaxt dəyişəcək? Niyə kişilər hər istədiyini edəndə fahişə olmur, qadının kiminləsə münasibəti olanda, şəkilləri yayılanda həyatı məhv olur?”

Yenisabah.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında müğənni Nura Suri paylaşıb.

O qeyd edib: Dördpendirli pizza

“Bu, nə düşüncədir? Nə vaxta kimi qadınlar susacaq, başını aşağı salacaq, istəklərin deməkdən çəkinəcək? Kişilər özlərini qadınlardan üstün hesab edəcək, qadınlar bəyənilmək üçün dəridən qabıqdan çıxacaq, yaşlananda qadınları gənclərlə əvəzləyəcək qoca kişilər? Nə vaxtacan ǝrdə olmaq prioritet hesab olunacaq?

Nə vaxta kimi qadınları beldən aşağı, namus və qeyrətlə əzəcəklər? Belə cəmiyyət kimə xeyir gətirir? Hamı kompleksli, hamı travmalı, psixiatrik xəstəxanadayıq sanki. İnsanlar o qədər cılızlaşır ki...”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!