"Əvvəl böyüklər deyəndə nəvə şirindir, deyirdim, anormal adamdır, insan necə nəvəni övladdan çox istəyər. Amma doğrudan da belə imiş".
"Yeni Sabah" axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsti Bəkirova "Qonaqcanlı" verilişində deyib.
Müğənni valideynlərə səslənərək, yeni ailə quran övladlarına ayrı ev almağı məsləhət görüb:
"Oğlum və gəlinim ayrı yaşayır. Ailə ayrı yaşamalıdır. Bir-birinə öyrəşməli, püxələşməlidirlər. Hər ailənin öz söz-söhbəti var, onu niyə böyüklər eşitməli, hiss etməlidir. Cavan gəlin, yeni cütlük ayrı yaşamalıdır. O biri oğlum da ailə quranda ayrı yaşayacaq".
Telegram kanalımız